Erməni əsgəri haqqında animasiya

Son vaxtlar Ermənistan Ordusunda homoseksuallıq və əsgərlərin zorlanması halları artmaqdadır. Ordunun qapalı bir mühit olduğunu nəzərə alsaq, bu cür faktların çoxu gizli qalır, yalnız ən dəhşətli cinayətlər kənara sızır. Amma hətta kənara sızan informasiyalar da vəziyyətin necə olduğunu anlamaq üçün yetərlidir. Məsələn, sentyabr ayında Qevorq Asoyan adlı erməni əsgər xidmət yoldaşları tərəfindən cinsi zorakılığa məruz qaldığı üçün ağzından atəş açaraq, intihar etmişdi. Avqustda isə Andranik Mkrtçyan adı gənc hərbçinin başına belə bir iş gəlmişdi: Onun zorladığı əsgərlərin valideynləri qisas almaq üçün Mkrtçyanın özünü tutub zorlamışdılar. Buna dözməyən “Ando” intihar etmişdi. Bu cür faktlar çoxaltmaq da olar. Amma hər şey onu göstərir ki, Ermənistanın silahlı qüvvələrində homoseksuallıq və seksual cinayətlərlə bağlı vəziyyət kritikdir.

PAY